Ermənistanın "Respublika" Partiyasının sədr müavini Armen Aşotyan daha üç ay - 2024-cü il yanvarın 15-dək həbsdə qalacaq.

"Unikal" xəbər verir ki, bu barədə qərarı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qəbul edib. 

Xatırladaq ki, Aşotyan iyunun 16-da iki ay müddətinə həbs edilmişdi. Aşotyanın vəkilləri bu qərardan apellyasiya şikayəti versələr də, sentyabrın 28-də Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Əvvəllər təhsil naziri vəzifəsində çalışmış Aşotyan vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.