Türkiyə Fələstinin Həmas hərəkatı ilə təşkilatın döyüşçülərinin saxladığı şəxslərin azad edilməsi ilə bağlı danışıqlar aparır.

"Unikal" xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.

"İsrail və HƏMAS arasında gərginlik  hər saat artır. Türkiyə girovlarla bağlı HƏMAS-la danışıqlar aparır".

Telekanalın mənbələrinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı danışıqlar prosesinin aparılmasına göstəriş verib.

Bundan əvvəl Ərdoğan bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini bəyan edib .

Türkiyə lideri həmçinin İsrail prezidenti İsaak Herzoqu sağlam düşüncəyə malik olmağa və regionda vəziyyəti gərginləşdirməməyə çağırıb .