Oktyabrın 13-də Qəzza zolağı ətrafında vəziyyətin müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının keçirilməsi planlaşdırılır.

"Unikal" xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasındakı mənbələr məlumat yayıb.

"Təhlükəsizlik Şurasının sədri cümə günü saat 15:00-a iclas təyin edib", - mənbə bildirib.

Görüş Yaxın Şərqdəki vəziyyətə, o cümlədən Fələstin-İsrail münaqişəsinə həsr olunacaq.

Bu barədə diplomatik mənbələrə istinadən Al Hadath telekanalı da məlumat yayıb.

Daha əvvəl Rusiya müdafiə nazirinin müavini Sergey Verşinin bildirmişdi ki, ölkə “Yaxın Şərq dördlüyü” çərçivəsində məsləhətləşmələrə hazırdır, lakin ABŞ buna hazır olmaya bilər.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiya həmişə BMT Təhlükəsizlik Şurasının müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı qərarının qəbulunu dəstəkləyib.