İsrail ordusu Təl-Əvivə hücuma rəhbərlik edən HƏMAS qüvvələrinin elit "Nuxba" bölməsinin mərkəzlərinə zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələri açıqlayıb. 

Qeyd olunub ki, sözügedən qruplaşma İsrail ərazisinə daxil olub və oktyabrın 7-də baş verən hücuma rəhbərlik ediblər. Onlar həmçinin mütəmadi olaraq İsrail əsgərlərini pusquya salırdılar.

Həmçinin HƏMAS-ın yüksək rütbəli dəniz zabiti Məhəmməd Əbu Şamla dünən gecə vurulub. 

Ağarza Elçinoğlu