"Vaqner" PMC-nin keçmiş rəhbəri Yevgeni Priqojinin oğlu Pavel Priqojin iş adamının məşhur silahını polisə təhvil verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı  məlumat yayıb. 

Bildirilir ki, Priqojinin varisi hüquq-mühafizə orqanlarına üç tapança, yəni maqazinsiz və patronsuz iki "Glock 17" və "Beretta 92" tapançasını təhvil verib. Məlumata görə, təhvil verilən silahlardan biri Priqojinə Rusiya müdafiə naziri Sergey Şoyqu tərəfindən hədiyyə edilibmiş. 

Xatırladaq ki, iyunun 23-də  "Vaqner" üsyanından sonra Rusiya təhlükəsizlik qüvvələri tərəfindən Priqojinlə əlaqəli binalarda aparılan axtarışlar zamanı çox sayda silah-sursat aşkarlanmışdı. Həmin silahlar Rusiya polisi tərəfindən müsadirə olunub.  

Priqojinə məxsus "Embraer-135" təyyarəsi Moskvadan Sankt-Peterburqa uçarkən avqustun 23-ü axşam saatlarında qəzaya uğrayıb. Biznes təyyarəsinin göyərtəsində olan 10 nəfər həyatını itirib. 

Gülayə Mecid

Glock сдал, Glock принял. Пригожину вернули награду от министра Шойгу