"Rəsmi Vaşinqton HƏMAS-ın İsrailə planlaşdırılan hücumundan məlumatlı idi".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz "Telegram" kanalında yazıb.  

"ABŞ-ın birbaşa bölgədəki kəşfiyyat gücü - birincisi, bunlar peyklərdir. Bu əməliyyatın necə həyata keçirildiyini hamımız görürük. Peyklərdən hazırlıqları nəzərdən qaçırmaq olmazdı", - Zaxarova bildirib.

Onun sözlərinə görə, belə əhəmiyyətli kəşfiyyat potensialına malik olan Vaşinqton bir il ərzində vəziyyəti izləmədi və “ən yaxın müttəfiqinə” – İsrailə məlumat ötürmədi!?

 Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS qruplaşmasından olan fələstinli radikalların ölkə ərazisinə raket zərbələri endiriblər. Raket hücumlarına cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyata başladığını açıqlayıb.

Gülayə Mecid