Ermənistanda yük qatarı qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Dəmir Yolları açıqlayıb. 

Bildirilib ki, gecə yarısı "Cənubi Qafqaz Dəmir Yolu" QSC-nin yük daşıyan 36 vaqonu aşıb. 

Qəza ilə əlaqədar İrəvan-Gümrü-İrəvan şəhərətrafı qatarların, eləcə də İrəvan-Tbilisi-İrəvan beynəlxalq marşrutu ləğv edilib. 

Ağarza Elçinoğlu