Fələstin yaraqlıları bütün israilli girovları azad etməyənə qədər, İsrail Qəzza zolağına elektrik enerjisi, su və yanacaq tədarükünü bərpa etməyəcək.

"Unikal" xəbər verir ki, bunu İsrailin energetika naziri İsrael Katz "X" hesabında yazıb. 

"Qəzzaya humanitar yardım? Oğurlanmış israillilər evə qayıdana qədər heç bir elektrik verilməyəcək, su kranı açılmayacaq, heç bir yanacaq çəni doldurulmayacaq. İnsanlıq insan üçündür. Və bizə əxlaqı heç kim öyrətməsin", - nazir qeyd edib.

Ağarza Elçinoğlu