Təhlükəli “Lidiya” qasırğası Meksikanı vurub. Artıq ən azı bir nəfərin ölümünə səbəb olan fırtına ölkənin cənubdakı Nayarit əyalətinə çataraq ölkə daxilində hərəkət etdiyi bildirilir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kurort şəhərciyinin sakinləri və turistlər təxliyə edilib, hazırda onlar müvəqqəti mərkəzlərdədirlər. Küləyin sürəti saniyədə 60 metrə yaxın olduğu bildirilib.