İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Livana gedən təyyarəsi Dəməşq hava limanında partlayışlardan sonra geri dönüb.
"Unikal" xəbər verir ki, İran XİN rəhbərinin təyyarəsi Tehrana qayıdıb.
Suriyanın "Əl-Vatan" qəzetinin məlumatına görə, Abdullahiyan bir neçə saat davam edəcək səfər üçün Bağdada gedib.
***13:41
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Livana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Tərəflər Livan-İsrail sərhədindəki vəziyyəti və İsrail-Fələstin silahlı münaqişəsini müzakirə edəcəklər.
Ağarza Elçinoğlu