Ukrayna Müdafiə Qüvvələri bir gündə 750-dən çox rus hərbçisini məhv edib.  

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, 754 rus hərbçisi öldürülüb, 4-ü isə təslim olub.  

"Düşmənin 112 ədəd hərbi texnikası, o cümlədən, 23 tank, 73 zirehli döyüş maşını, 9 artilleriya sistemi, bir MLRS, 2 ATGM, 8 PUA, 3 nəqliyyat vasitəsi və bir vahid xüsusi texnika məhv edilib”, - məlumatda qeyd olunur.

Gülayə Mecid