İsrail prezidenti İsaak Hersoq ölkəsinin beynəlxalq hüquqa və müharibə qanunlarına əməl etdiyinə əmin edib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
"İsrail beynəlxalq hüquqa hörmət edir, beynəlxalq hüquqa uyğun hərəkət edir. Hər bir əməliyyat bütün hörmətlə qorunur və qanuni olaraq yoxlanılır", - Hersoq xalqa müraciətində deyib.
Onun sözlərinə görə, müharibə cinayətləri ilə bağlı ittihamlar “kontekstdən kənar” götürülür.