NATO-nun baş katibi gələn həftə nüvə təlimləri keçirəcəyini açıqlayıb.
"Unikal"
xəbər verir ki, Stadfast Noon manevrləri İtaliya, Xorvatiya və Aralıq dənizində baş tutacaq.

Yens Stoltenberq alyansın müdafiə nazirlərinin Brüsseldəki görüşündən sonra deyib: "Nüvə qüvvələrimiz çəkindirmə baxımından vacibdir".

Avqustun sonunda KXDR Cənubi Koreyaya nüvə zərbəsini imitasiya edən təlimlər keçirib. Onlar ABŞ və Cənubi Koreyanın manevrlərinə cavab oldular. Xüsusilə Şimali Koreya hərbçiləri şimal-şərq istiqamətində iki taktiki ballistik raket buraxıblar, onlar şərti hədəfdən 400 metr yüksəklikdə havada partlayıb.