Türkiyənin Yeni Rifah Partiyasının lideri Fatih Ərbakan Türkiyə hakimiyyətini İsrailin Ankaradakı  səfirini ölkədən çıxarmağa və respublikada yerləşən ABŞ hərbi bazalarını bağlamağa çağırıb.

"Unikal" xəbər verir ki, o, bununla yanaşı İslam ölkələrinə də səslənib.

“Türkiyənin İsraildəki səfiri dərhal geri çağırılmalı, İsrailin Ankaradakı səfiri qovulmalı, Kürəcik hava hücumundan müdafiə bazası və ABŞ-ın İncirlik hava bazası bağlanmalı, neft də daxil olmaqla bütün strateji malların İslam ölkələri tərəfindən Amerika və İsrailə satılması, dayandı”, - deyə Ərbakan bildirib.