İsrailin Qədim şəhərində polis idarəsi yaxınlığında atışma baş verib.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralananlar arasında iki polis də var, onlardan biri ağır yaralanıb. Hadisədən sonra İçərişəhərin darvazaları bağlanıb.

Qeyd olunur ki, polis şübhəli şəxsə cavab atəşi açıb və sonuncu ölüb.

Polisdən onu da bildiriblər ki, hadisədən sonra həmin əraziyə çoxlu sayda asayiş keşikçisi cəlb olunub.