"Hökumətin icazəsi olmadan Aİ ölkələrinə səfərləri səbəbindən konstitusiyanı pozmaqda ittiham olunan Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti praktiki olaraq istisna edilir, çünki “Gürcü arzusu - Demokratik Gürcüstan” fraksiyası 150 səsdən 100 səs toplaya bilməyəcək".

"Unikal" xəbər verir ki, bu barədə Hakim Gürcü Arzusu Partiyasının rəhbəri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, impiçmentlə bağlı səsvermə gələn həftə keçirilməlidir.

Kobaxidze iddia edir ki, Zurabişvili “radikal müxalifət ümidi ilə konstitusiyanı pozub”. O hesab edir ki, impiçmentlə bağlı səsvermədə 100 səs toplamaq praktiki olaraq mümkün deyil.

Bundan əvvəl hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının deputatı Mixail Sarjveladze deyib ki, Konstitusiya Məhkəməsi (KM) onu ölkənin əsas qanunlarını pozmaqda təqsirli bildiyi təqdirdə, Gürcüstan parlamentinin prezident Salome Zurabişvilinin impiçmentini dəstəkləyəcək.