Türkiyənin Nevşehir vilayətində ağır yol qəzası olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.

Toqquşma nəticəsində avtomobil yol kənarında yerləşən obyektin divarına, mikroavtobus isə beton səddə çırpılıb.

Qəza nəticəsində 14 nəfər xəsarət alıb.