Amerikanın strateji konsepsiyası məsələləri ilə məşğul olan ABŞ Konqresinin Komissiyası Vaşinqtonu müdafiə qabiliyyətini gücləndirməyə və iki cəbhədə - Rusiya və Çinlə mümkün müharibəyə hazırlaşmağa çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə komissiyanın onlayn yayımlanan hesabatında bildirilir.

Komissiyaya Dövlət Departamentinin, Pentaqonun və ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının keçmiş yüksək vəzifəli məmurları bunu son illərdə Rusiya və Çinin “narahatedici” davranışları fonunda dərc etdiklərini vurğulayıblar.  

Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiya və Çini soyuq müharibə nəticəsində yaranmış dünya düzəninə ən kəskin təhlükə adlandırmışdı. 

Gülayə Mecid