Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrailə səfəri zamanı yəhudi dövlətinin cənub bölgələrinə səfər edə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə "Kan" dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata görə, Berbok Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarlarının hücumuna məruz qalan ərazilərə baş çəkməyi planlaşdırır.

Almaniya tərəfi hələlik bu məlumatı şərh etməyib.

Ağarza Elçinoğlu