İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beyruta səfəri çərçivəsində şiə Hizbullah partiyasının lideri Şeyx Həsən Nəsrullah ilə görüşüb. 

"Unikal" xəbər verir ki,  bu  barədə "Əl Manar"  telekanalı məlumat yayıb. 

Bildirilir ki, danışıqlar zamanı tərəflər Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər. Həmsöhbətlər, həmçinin Fələstinin Həmas qruplaşmasının İsrailə hücumundan sonra “hansı mövqe tutacaqları ilə bağlı məsləhətləşiblər”.