"Qərb Rusiyanın müttəfiqləri və tərəfdaşları ilə dostluq münasibətlərini pozmağa çalışır".

"Unikal" xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında deyib. 

Onun sözlərinə görə, son üç il ərzində Rusiya hərbi əməliyyatları dayandırmaq və eskalasiyanın qarşısını almaq üçün əhəmiyyətli səylər göstərib: "Bizim köməyimizlə müvafiq üçtərəfli sənədlər hazırlanıb. İlham Əliyev təsdiq edə bilər ki, bütün bu müddət ərzində üçtərəfli formatda Rusiya, Ermənistan və Azərbaycan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yönəlmiş gərgin iş aparırlar. Rusiya sülhməramlıları səlahiyyətləri çərçivəsində öz öhdəliklərini vicdanla yerinə yetirdilər".

Putin bildirib ki, hazırkı gündəm uzun müddətdir davam edən münaqişəyə son qoymaq üçün sülh müqaviləsi hazırlamaqdır. 

Ağarza Elçinoğlu