Kolumbiyada 190 uşağı öldürən qatil 66 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 835 il həbs cəzası alan Luis Alfredo Qaravito  ölkənin şimalındakı Valledupar şəhərindəki xəstəxanada  vəfat edib.  Qatilin ölüm səbəbi isə hələlik açıqlanmayıb.

“Cenova canavarı” kimi tanınan Qaravito 1990-cı illərdə 8-16 yaş arası uşaqları qətlə yetirib. 1999-cu ilin aprelində saxlanılan qatil 190 uşağı öldürdüyünü etiraf edərək, məsuliyyəti öz üzərinə götürüb.

Qaravitonun azadlığa buraxılması son illərdə gündəm olub və ölkədə reaksiya doğurub. 2021-ci ildə prezident olan İvan Duke, Qaravitonun azad edilməsinin mümkün olmadığını açıqlamışdı.