Türkiyənin şimal-qərbində Mərmərə dənizində taxıl daşıyan iki yük tankeri toqquşub. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi açıqlayıb. 

"İzmail limanından Valensiyaya üzən 122 metrlik "Haje Halimeh" gəmisi Qafqaz limanından Aşdoda gedən 169 m uzunluğunda "Asomatos" gəmisi ilə toqquşub. Gəmilərə maddi ziyan dəyib. Nəticədə ölən və yaralanan yoxdur. Ətraf mühitin çirklənməsinin monitorinqi aparılmayıb", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu