İsrail Müdafiə Qüvvələri üçün sursat daşıyan ikinci ABŞ təyyarəsi İsrailə gedib. 

"Unikal" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Təl-Əvivdə amerikalı həmkarı Lloyd Ostin ilə görüşü zamanı deyib.

"İkinci təyyarə bu gün İsrail Müdafiə Qüvvələri üçün lazım olan sursatla gəlir. ABŞ qüvvələrinin quruda, havada və dənizdə yerləşdirilməsi regiondakı tərəfdaşlarımıza və düşmənlərimizə güclü mesaj verir ki, bu, azadlıq və ortaq dəyərlərimiz uğrunda müharibədir və biz cəbhə xəttindəyik. Biz mübarizəni davam etdirəcəyik və bu müharibədə qalib gələcəyik", - Qalant bildirib. 

Ağarza Elçinoğlu