"Ukraynanın Rusiyanın təcavüzünə uğurlu müqavimət göstərməsi Gürcüstanın gələcəkdə işğal edilmiş ərazilərini qaytara bilməsi perspektivini açır"

"Unikal" xəbər verir ki, bunu Volodimir Zelenski Birləşmiş Ekspedisiya Qüvvələrinə üzv ölkələrin İsveçdə keçirilən sammitində uzaqdan çıxışı zamanı bildirib.

Zelenski dost ölkələr arasında regional əməkdaşlıq formatlarının əhəmiyyətindən danışıb və Ukraynanın Qara dəniz regionunda qonşuları - Rumıniya, Moldova, Bolqarıstan və Türkiyə ilə əməkdaşlığı necə inkişaf etdirdiyini ətraflı izah edib.

O, həmçinin vurğulayıb ki, Avropa qitəsinin sabitliyi və təhlükəsizliyi Qara dəniz regionunda və ümumilikdə Şərqi Avropada sabitlikdən asılıdır.

“Cənubi Qafqaza qonşu Qara dəniz regionunda baş verən dəyişikliklər sayəsində yeni təhlükəsizlik perspektivləri yaranacaq. Bu, potensial olaraq bizim Avropanın bizim hissəsində ümumi təhlükəsizliyimizi artıracaq. Xüsusən də o zaman ki, bizim Rusiyanın təcavüzündən müdafiəmiz sayəsində Gürcüstan öz ərazi bütövlüyünü bərpa etmək üçün yeni perspektivlərə malik olacaq”, - deyə Zelenski bildirib.