ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Respublikaçı Brayan Mast İsrail ordusunda xidmət edərkən aldığı İsrail hərbi formasını geyinərək Kapitolidəki iş yerinə gəlib.

"Unikal" xəbər verir ki, bu yolla o, HƏMAS-ın hücumları fonunda yəhudi dövlətinə dəstək nümayiş etdirib. Bu barədə The Hill məlumat yayıb.

"Nümayəndələr Palatasının həm ABŞ Ordusunda, həm də İsrail Müdafiə Qüvvələrində xidmət edən yeganə üzvü kimi mən həmişə İsrailin yanında olacağam” deyən Masta sosial media hesabından sitat gətirib.