Fələstin radikallarının silahlı hücumundan sonra İsrail hərbçiləri Livanın cənubundakı yaşayış məntəqələri yaxınlığında cavab atəşi açıb, nəticədə jurnalistlər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə “Əl-Mənar” telekanalının məlumat yayıb. Alma əş-Şaab rayonunda içərisində bir sıra xəbər agentliklərinin fotomüxbirlərinin və “Əl-Cəzirə” telekanalının çəkiliş qrupunun olduğu jurnalistləri daşıyan avtomobil silahlı hücuma məruz qalıb.

Atışma nəticəsində Reuters agentliyinin livanlı fotoqrafı İssam Abdalla həlak olub, daha iki nəfər yaralanaraq xəstəxanaya aparılıb.

Üç yaralı və bir nəfərin ölməsi barədə məlumat yayıb. Xəsarət alanlardan ikisinin Əl-Cəzirə müxbiri olduğu qeyd edilir