Şotlandiyanın Baş naziri Həmzə Yusif qayınanası Elizabet Əl-Naklanın İsrail ordusunun ağır bombardmanları altında olan Qəzzada qapalı vəziyyətdə qaldığını açıqlayıb.

"Unikal" xəbər verir ki, Yusif fələstinli həyat yoldaşı Nadiya Əl-Naklanın paylaşdığı videonu paylaşıb.

Nazirin qayınanası "Bu mənim son videom ola bilər. Qəzzadan hamı bizim olduğumuz yerə doğru irəliləyir. Bir milyon insan. Yemək yoxdur, su yoxdur, hələ də oranı bombalayırlar. İnsanlıq hardadır?" deyə müraciət edib. 

Həmzə Yusifin sözlərinə görə, HƏMAS-la heç bir əlaqəsi olmayan qayınanasına Qəzzanı tərk etmək deyilib, ancaq bu, mümkün deyil.  Yusif, İngiltərə Xarici İşlər Nazirliyinin də təhlükəsiz keçidə zəmanət verə bilməyəcəyini qeyd edib.