İsrail Qəzzada uşaq xəstəxanasını fosfor bombası ilə vurub.

"Unikal" xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, vurulan xəstəxana “dərhal təxliyə edilib”.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra Qəzzada bir uşaq xəstəxanasına fosfor bombası ilə hücum edildikdən sonra boşaldıldığını açıqlayıb. 

Anadolu Agentliyinin ərəb xidmətinin məlumatına görə, İsrail qüvvələri Qəzza zolağının şərqində yerləşən Əl-Durrah Uşaq Xəstəxanasını ağ fosfor bombaları ilə hədəfə alıb və xəstəxana təcili olaraq boşaldılıb.