Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, o, İsraili təcavüzdən qorumağa qadir olan dövlət başçısı postuna yeganə namizəddir.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Tramp deyib:
“Mən İsrailin təhlükəsizliyini təmin etdim, bunu unutmayın. İsraili yalnız mən qoruya bilərəm. Bunu başqa heç kim etməyəcək, başqa heç kim edə bilməz və mən bütün oyunçuları tanıyıram”.
O, həmçinin, HƏMAS-ın İsrailə hücumunda Co Baydeni günahlandırıb. Trampın sözlərinə görə, vəziyyət daha da pisləşəcək.