İranda daha 4 məhbus edam edilib.
"Unikal"ın məlumatına görə, İnsan Haqları Təşkilatı xəbər verir ki, oktyabrın 11-də Kərəcin Qızılhisar həbsxanasında saxlanılan 4 məhbus dar ağacından asılıb.
Məlumata görə, edam edilən şəxslər qəsdən adam öldürməkdə ittiham ediliblər.
Qeyd edək ki, ölüm hökmü həyata keçirilən 4 məhbusdan ikisi əfqan əsilli olub.