Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gecədə Ukraynanın 27 pilotsuz təyyarəsini ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə oktyabrın 15-də Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“İyirmi yeddi Ukrayna pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən tutuldu, onlardan on səkkizi Kursk vilayəti üzərində, ikisi isə Belqorod vilayəti üzərində havada məhv edilib”, - deyə məlumatda qeyd olunub.