Ukraynanın əks-hücumu tamamilə uğursuz olub.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya” telekanalında yayımlanan “Moskva.Kreml.Putin” verilişinə müsahibəsində bildirib.
O, Ukraynanın cəbhənin müəyyən məntəqələrində yeni hücum əməliyyatları hazırladığını söyləyib: “Rusiya rəhbərliyi Ukrayna hərbçilərinin cəbhə xəttinin müəyyən məntəqələrində hazırladığı yeni hücum fəaliyyətlərindən xəbərdardır. Biz bunu görürük, bilirik və buna uyğun reaksiya veririk”.