Anti-Rusiya sanksiyaları iqtisadi planda Moskvanı çökdürə bilmədi.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Macarıstan XİN-in başçısı Peter Siyarto bildirib. O əlavə edib ki, Avropa İttifaqında Qərbin Rusiyaya qarşı sanksiyalarının təsirini müzakirə etməkdən yayınırlar.

Macarıstanın naziri deyib: “Biz həm də Rusiyaya qarşı sanksiyaların təsiri məsələsini müzakirə etməliyik. Bu sanksiyalar bizə, yoxsa Moskvaya daha çox zərər verir? Onların bir mənası varmı, qarşıya qoyulmuş məqsədlərə - məhz iqtisadi planda Rusiyanı çökdürmək, sülhə yaxınlaşmaq hədəfinə kömək etdimi? Bütün bu məsələlərlə bağlı uğur əldə olundumu? Düşünürəm ki, heç nəyin alınmadığı açıq-aşkardır”.