İranlı rejissor Daryuş Mehrcuyi və aktrisa həyat yoldaşı Vahideh Mohammadifar dünən gecə Kərəcdəki evlərində qətlə yetiriliblər.

"Unikal" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, onlar boynundan bıçaq zərbəsi ilə öldürülüblər.

Qeyd edək ki, 1939-cu ildə Tehranda anadan olan rejissor 1970-ci illərin əvvəllərində İranın “realizmə fokuslanan yeni film dalğası”nın yaradıcılarından biri kimi tanınıb.

Onun 1969-cu ildə çəkdiyi ikinci filmi "Gav" (İnək) İranda Yeni Dalğa Hərəkatının başlanğıcını qoyub və rejissora dünya şöhrəti qazandırıb.

Rejissorun bundan başqa "Mina dairəsi", "Kirayəçilər", "Hamun", "Leyla", "Armud ağacı" filmləri məşhurdur.