Roma Papası Fransisk Qarabağdakı monastırları və dini ibadət yerlərini qorumağa və onlara hörmət etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə o, Vatikanın Müqəddəs Pyotr meydanında bildirib.

O, qeyd edib ki, Qarabağ böhranı ilə bağlı narahatlığı azalmayıb: "Mən bu regionda monastırların və ibadət yerlərinin qorunması üçün xüsusi müraciət etmək istərdim. Ümid edirəm ki, onlar yerli mədəniyyətin bir hissəsi, imanın ifadəsi və fikir ayrılıqlarından asılı olmayaraq birlikdə yaşamağı mümkün edən qardaşlıq əlaməti olaraq qorunacaqlar". 

Ağarza Elçinoğlu