ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə səfər etməyi planlaşdırır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu son bir həftə ərzində amerikalı diplomatın Tel-Əvivə ikinci rəsmi səfəri olacaq.

Onun İsrailə oktyabrın 16-da qayıdacağı gözlənilir.

Xatırladaq ki, oktyabrın 11-dən 15-dək Fələstin-İsrail münaqişəsi kəskinləşən zaman Blinkenin Yaxın Şərqə səfəri başlayıb.

O, ilk olaraq İsrailə səfər edib. Daha sonra ərəb ölkələri - İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Qətərə gedib və burada dövlətlərin rəsmiləri ilə bölgədəki hadisələri müzakirə edib.