İsrail hökumətinin həftəlik iclası Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsi fonunda ölkədə fövqəladə nazirlər kabinetinin formalaşmasından sonra ilk dəfə yeni tərkibdə keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti xəbər verib.

Qeyd olunub ki, görüş zamanı baş nazir Benyamin Netanyahu ölkəsinin HƏMAS-ı məğlub edəcəyinə əmin olduğunu bildirib: "HƏMAS bizim dağılacağımızı düşünürdü. Biz HƏMAS-ı məhv edəcəyik".