Oktyabrın 7-dən HƏMAS radikal qruplaşması tərəfindən Qəzza zolağından İsrail ərazisinə 6 300 raket atılıb.
"Unikal" xəbər verir ki, atılan raketlər İsraildə 1 300 nəfərin həlak olmasına səbəb olub, 3 300-dən çox vətəndaş yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.