İran prezidenti İbrahim Rəisi Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı keçirib, tərəflər Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bu barədə İran prezidentinin siyasi məsələlər üzrə rəhbərinin müavini Məhəmməd Cəmşidi bildirib.

O bildirib ki, Fransa tərəfinin təşəbbüsü ilə İbrahim Rəisi ilə Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

“Danışıqlar zamanı İran prezidenti vurğulayıb ki, İsrailin fələstinlilərə qarşı davam edən təcavüzü, hərbi cinayətləri və qətlləri, eləcə də Qəzzanı blokadaya alması fonunda vəziyyətin daha da mürəkkəbləşəcəyi və digər cəbhələrin davam edəcəyi ehtimalı var”, - Cəmşidi bildirib.