Şahzadə Harri və Meqan Marklın "Daily Mail" tərəfindən çəkilən yeni fotoları müzakirələrə səbəb olub.

"Unikal" xəbər verir ki, romantik gəzintiyə çıxan cütlük sevənlərinin obyektivinə tuş gəlib. Onların arxadan çəkilən fotolarında üzlərinin görünmədiyi vurğulanıb. 

Cütlük Karib dənizinin kiçik Kanuan adasına gedib. Burada cütlük Nyu-Yorkda psixi sağlamlıq layihəsini təbliğ edəndən sonra istirahət etmək qərarına gəlib.

Nəşrin məlumatına görə, fotoşəkilləri yaxta klubunun ərazisindən keçən bir şəxs lentə alıb. “Onlar çox xoşbəxt görünürdülər. Deyəsən, onlar bayramlarını birlikdə keçirməkdən çox xoşbəxtdirlər” deyə, insayder bildirib.

İzləyicilər isə ilk dəfədir kral ailəsinin üzvlərinin belə gördüklərini yazıblar.