Polşada keçirilən ümumxalq səsverməsində seçici fəallığı exit-poll məlumatlarına görə 50%-dən az olub.
"Unikal" xəbər verir ki, referendumun etibarlı sayılması üçün orada seçicilərin 50%-dən çoxu iştirak etməlidir. “Exit-poll”un nəticələrinə görə, səsvermədə ümumi seçicilərin 40%-i iştirak edib.
Əksər müxalifət qüvvələri ilkin olaraq referendumu “Qanun və Ədalət” seçki kampaniyasının tərkib hissəsi hesab etdikləri üçün onu boykot edəcəklərini bəyan etmişdilər.
Oktyabrın 15-də Polşada parlament seçkiləri keçirilib. Səsvermənin əsas intriqası “Hüquq və Ədalət” partiyasından olan sağçı mühafizəkarların hakimiyyəti qoruyub saxlaya bilməyəcəyidir.