Məşhur "Dexter", "The Following" və "Dynasty" seriallarının ulduzu, aktyor Sem Andervud  Los-Ancelesdə qadına təcavüz etdiyi üçün həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə TMZ məlumat yayıb .

Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, polis oktyabrın 7-də Los-Ancelesdəki mənzilə çağırılıb. Andervud məişət zorakılığında şübhəli bilinirdi - o, mübahisə zamanı bir qadına hücum edib.

Zərərçəkmişdə qançırların olduğu müəyyən edilib. 10 saatlıq həbsdən sonra Andervud zaminə buraxılıb. Aktyorun zərərçəkənlə hansı münasibətdə olduğu barədə məlumat verilmir.

Hadisə ilə bağlı araşdırma aparılır.