İsrail parlamentinin yeni dövrünün açılış mərasimi Qəzzadan atılan raket hücumları səbəbindən yarımçıq qalıb.

"Unikal" xəbər verir ki, İsrail parlamentinin açılışı zamanı Qüdsdə sirenlər çalıb. Deputatlar arasında çaxnaşma yaranıb. Siyasətçilər sığınacaqlara yönəldilib.

İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi işə salınıb və partlayış səsləri eşidilib.

İsrail mediası sirenlərdən sonra ümumi yığıncağın boşaldıldığını və insanların sığınacaqlara yönləndirildiyini bildirib.

Raketlərin hara düşdüyü barədə məlumat paylaşılmayıb.