Qarabağdakı separatçıların liderlərindən biri olan, "DQ Təhlükəsizlik Şurası"nın keçmiş katibi Vitali Balasanyana qarşı cinayət təqibi dayandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Balasanyanın vəkili Rafael Martirosyan məlumat verib .
Onun sözlərinə görə, Balasanyan hələ Qarabağda olarkən iş bağlanıb.
“Mənə bununla bağlı heç bir prosessual sənəd daxil olmayıb, sadəcə (səlahiyyətli orqanlar tərəfindən - red.) mənə dedilər ki, iş bağlanıb, bu baş verəndə Qarabağda vəziyyət onsuz da çox ağır idi və müstəntiqlər obyektiv səbəblərdən heç bir sənəd təqdim edə bilmədim”, - Martirosyan bildirib.
Müdafiə tərəfinin Ermənistanda ona belə bir sənədin təqdim olunacağını gözlədiyini soruşduqda, Martirosyan bildirib ki, vəziyyət hələ də son dərəcə qeyri-müəyyəndir, hətta gözləntilərdən danışmaq belə mümkün deyil.
Xatırladaq ki, bir gün əvvəl Martirosyan Balasanyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilməsi ilə bağlı məlumatı təsdiqləyib .
İyulun 13-də Balasanyan, oğlu və əmisi oğlu Qarabağın Əsgəran şəhərindəki evində saxlanılıb. Balasanyan əmlak oğurluğu, qanunsuz silah, döyüş sursatı və narkotik saxlama, habelə hökumət rəsmisinə qarşı zorakılıqla hədələmə maddələri ilə ittiham olunub.