"Son 100  ildə əmək bazarında qadınların sayı 3 dəfə artsa da, əməyin ödənişi ilə bağlı ciddi gender fərqləri hələ də qalmaqdadır. Son 3 əsrdə qadınların əmək bazarındakı tarixi və müasir rolu ilə bağlı hesab edilirdi ki, kişilər və qadınlar arasında gəlir fərqi təhsil və peşə seçimindəki fərqlərlə bağlıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Komitə sədri bildirib ki, XXI əsrdə orta hesabla qadınlar eyni işi görən kişilərdən hələ də az əmək haqqı alırlar.

"Səbəb kimi qadınların uşaqlara kişilərdən daha çox vaxt və səy sərf etməsidir. Qadınlar üçün Milli Fəaliyyət Strategiyası təqdim edilib, lakin əmək bazarında ayrı-seçkiliyə qarşı qanun yoxdur. Məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul edilməsə də, abortun qadağan edilməsi təşəbbüsləri də qəbul edilmədi. Təəssüf ki, ölkəmizin  qlobal gender bərabərliyi reytinqində yeri yüksək deyil. Qadın və uşaq mövzusunda dünən mediamızın gündəmini 2022-ci ildə Azərbaycanda 15-17 yaş arası 2011 qız ana olmasına dair məlumat təşkil edib. Hesabatda göstərilir ki, 18 yaşı tamam olmayan qızların ana olması halları 2021-ci illə müqayisədə artıb. Belə ki, 2021-ci ildə yeniyetmə anaların sayı 1650 nəfər olmuşdu. 2022-ci ildə ölkədə baş verən cinayət hadisələri üzrə 25 449 zərərçəkmiş şəxs var. Onlardan 7455-i qadın olub. Yəni, ümumi zərəçəkənlərin üçdə biri qədər. Onlardan da 309-u qadınlar olub. Həyacandoğrucu rəqəmlərdir. Ən çox narahatlıq doğruan hal odur ki, onlardan 24-ü yetkinlik yaşına çatmayıb. Deməli, gələcəyimiz saydığımız bu sayda azyaşlı qızlar qətl qurbanı olub. Valideyn himayəsindən məhrum olan qadınların belə cinayət qurbanı olduğu şübhə doğrumur".

Z.Oruc təklif eidb ki, Böyük Qayıdış Strategiyasının reallaşdırılması ilə bağlı azad olunmuş ərazilərdə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramı qəbul edilsin:

"Məişət zorakılığının qarşısının alınması üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi “Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaratmaq olar. Dünya praktikası göstərir ki, profilaktika qanunları cinayət və inzibati məcəllələrin ayrı-ayrı maddələrindən daha səmərəlidir. İcbari tibbi sığorta proqramları çərçivəsində qadın və uşaqların səhiyyə əlçatanlığı paketinin gücləndirilməsi zəruridir. Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün işçi qrup yaratmaq, tərkibini formalaşdırmaq olar", - deyə o bildirib.

Anar Kəlbiyev