"İnsanlar heç bir səbəbə görə şiddətə məruz qalmamalı, həyatdan məhrum edilməməli, erkən yaşda istər ailə qurmağa, istərsə də hansısa başqa istismarı özündə əks etdirən hərəkətlərə məruz qalmalı deyil".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, cinsi zorakılıq və cismani təzyiqə, zorakılığa görə cəzaların sərtləşdirilməsi istiqamətində təkliflər olub: "Bunu parlamentarilər deyib, komitə də davamlı olaraq bu işi qaldırıb".

Anar Kəlbiyev