Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) arasında əməkdaşlıq əlaqələri gündən-günə genişlənir. Təsadüfi deyil ki,institutun fəaliyyət strategiyasında, o cümlədən müvafiq ixtisaslar üzrə təhsil alan ATMU məzunlarının potensialından yararlanmaq məqsədi başlıca tələb kimi dəyərləndirilib.

"Unikal" xəbər verir ki,  bu günlərdə ATMU-da professor-müəllim,tələbə və məzunların iştirakı ilə AQTİ əməkdaşlarının işgüzar görüşü keçirilib.

Universitetin  Mehmanxana və restoran biznesi kafedrasının müdiri p.e.n.,dos Novruz Quliyev tədbir iştirakılarını salamladıqdan sonra  “qida təhlükəsizliyi probleminin təkcə regionda deyil, bütün dünyada aktuallığını qoruyub saxladığını”diqqətə çatdırıb. Tədbirdə universitetin qida mühəndisliyi ixtisasında təhsil alan tələbə, magistr və doktorantlarının iştirakını görüşün əhəmiyyəti ilə əlaqələndirib.  

Sual-cavab formatında davam edən görüşdə AQTİ-də təcrübə mübadiləsi,qida təhlükəsizliyinə dair elmi tədqiqat işləri, işə qəbul prosedurları, təcrübə və könüllülük proqramlarından da danışılıb.