"Cinsi qısnama  ilə bağlı fikirlərin ilk növbədə hüdudları müəyyən olunmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

"Digər liberal, demokratik dövlətlərdə qəbul olunan cinsi qısnama anlayışının Azərbaycan reallıqlarından, mental dəyərlərindən fərqi var.  Mən ümumiyyətlə qanunvericilikdə ciddi boşluqların olması fikrinin əminliklə əleyhinəyəm", - deyə o bildirib.

Anar Kəlbiyev