Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi-tədris laboratoriyasında 27 oktyabr 2023-cü il tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əməkdaşları üçün “İlk yardım” mövzusunda 1 günlük təlim keçirilib.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, nəzəri və təcrübi hissədən ibarət olan təlimdə federasiyanın 16 məşqçisi iştirak edib. Təlim zamanı  iştirakçılar ilk yardım konsepsiyası ilə tanış olaraq, ürək-damar və dayaq-hərəkət sistemləri, zədələnmənin növündən və ağırlığından asılı olaraq ilk yardımın müxtəlif üsulları, zərərçəkmişlərin immobilizasiyası və daşınması üzrə ətraflı məlumat alıblar.